Sumqayıtda narkotik satan bərbər saxlanılıb

Sumqayıtda narkotik satan bərbər saxlanılıb
# 19 mart 2013 13:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bərbər tutulub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində fəaliyyət göstərən bərbərxanaların birində narkotik vasitələrin satışının həyata keçirildiyi məlum olub.

Görülmüş tədbirlər nəticəsində həmin bərbərxanada işləyən 29 yaşlı Xəqani Nizami oğlu Əzimov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 470 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, X.Əzimov işlədiyi bərbərxanada narkotik vasitələrin satışını təşkil edib.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR