Sumqayıtda sex, Qəbələdə isə çayxana yanıb

Sumqayıtda sex, Qəbələdə isə çayxana yanıb
# 19 yanvar 2017 03:13 (UTC +04:00)

Bu gecə Sumqayıt və Qəbələdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan taxta məmulatları sexinin taxtadan ibarət döşəməsi 10 m2 sahədə və 1 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qəbələ rayonu, İmamlı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 36 m2 olan taxta konstruksiyadan ibarət çayxananın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR