Sumqayıtda yol polisi əməkdaşı qəza törədib, üç nəfər ölüb

Sumqayıtda yol polisi əməkdaşı qəza törədib, üç nəfər ölüb
# 27 iyun 2016 10:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İyunun 26-da Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıt şəhər Polis idarəsindən APA-ya verilən məlumata görə, Ramin Tahirovun idarə etdiyi “Hyundai Azera” markalı avtomobil 3 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu ilə toqquşub. Nəticədə R. Tahirov və avtomobildə olan 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Sumqayıt şəhər Polis İdarəsindən qəzanı törədən R. Tahirovun yol polisi əməkdaşı olduğunu bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR