Suriyada azərbaycanlı uşağın silahlı video görüntüsü yayılıb - VİDEO

Suriyada azərbaycanlı uşağın silahlı video görüntüsü yayılıb  - <span style="color: red;">VİDEO
# 23 iyul 2014 10:02 (UTC +04:00)

APA-nın əldə etdiyi həmin görüntüdə azərbaycanlı kimi təqdim edilən azyaşlı uşaq dini mahnı oxuyur.

Azyaşlının oxuduğu mahnı cihadla bağlıdır. Görüntüdə həmçinin azyaşlının əlində avtomat silah tutduğu və mahnını oxuyub başa çatdırdıqdan sonra “Təkbir” deyərək “Allahu Əkbər” söylədiyi görünür.

APA-nın əldə etdiyi məlumata görə, bu gün Suriyada Azərbaycandan olan xeyli sayda azyaşlı var. Onlar Suriyada döyüşlərə qatılan azərbaycanlıların övladlarıdır. Video görüntüsü yayılan uşaq isə Suriyada vuruşan azərbaycanlıların əmiri “Muhammed” ləqəbli döyüşçünün övladıdır.

Həmin uşaq azərbaycanlı döyüşçülərin əhatəsində əvvəllər də görüntülənib.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR