Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb
# 07 may 2016 08:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə apellyasiya şikayətinin hərəkətsiz saxlanılmasına və işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına qərar verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2014-cü ildə saxlanıblar. Onlar Suriya ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev və M.Məmmədəliyev 13 il, S.Baxışov, Ə.Həsənov, R.Cəfərov və M.Mərdənov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR