Şüvəlanda yük maşını idarəetməni itirərək evə çırpılıb

Şüvəlanda yük maşını idarəetməni itirərək evə çırpılıb
# 05 mart 2013 09:20 (UTC +04:00)

 

Bakı-APA. Bakının Xəzər rayonu ərazisində yük maşını yaşayış evinə girib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mərdəkan - Şüvəlan yolunda, Mir Möhsün Ağa ziyarətgahının yaxınlığında baş verib. Almaz İldırım küçəsində Arzu Namiq oğlu Ağayevin idarə etdiyi “Shackman” markalı yük maşını evin divarına çırpılıb və dağıntı olub. Dağıntı nəticəsində ev sahibi İnqilab Bayramov və onun anası xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Sürücü hadisə yerindən uzaqlaşsa da, sonradan saxlanaraq məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR