Taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub

Taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub
# 11 mart 2013 08:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 3-də naməlum şəxs Zaqulba çimərliyində Vüqar Əsgərovun taksi kimi idarə etdiyi «Opel» markalı avtomobili saxladıb bıçaqla hədə-qorxu gələrək 180 manatını alıb. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Rəşad Zülfüqarov martın 9-da saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR