Tbilisi sakininə hücum edən pələng öldürülüb - YENİLƏNİB

Tbilisi sakininə hücum edən pələng öldürülüb - <span style="color: red;">YENİLƏNİB
# 17 iyun 2015 13:29 (UTC +04:00)

APA-nın "apsny.ge" saytına istinadən verdiyi məlumatına görə, albinos pələngin (ağ rəngdə olan pələng nadir növlərdən sayılır və şahidlər əvvəlcə onun şir olduğunu zənn ediblər) hücum etdiyi kişinin də öldüyü bildirilir.

***

saat 15.17

Bakı – APA. Gürcüstan paytaxtında şir insana hücum edib.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Tbilisidəki Qəhrəmanlar Meydanı istiqamətində, “Laquna Vere” keçmiş üzgüçülük hovuzunun ərazisində sakinlər şir görüblər.

Şahidlər həmin şirin bir kişiyə hücum etdiyini bildiriblər. Ərazidə yerləşən anbarın sahibi bu məkana girərkən şir gizləndiyi yerdən çıxıb və ona hücum edib. Şahidlər kişinin yerdə hərəkətsiz uzandığını deyiblər. Ətrafdakı insanlar qaçıblar. Hadisə yerinə patrul polisi gəlib. Sakinlər şirin öldürülməsini tələb ediblər.


Xatırladaq ki, Tbilisidə baş vermiş daşqın şəhərdəki zooparkın dağılmasına səbəb olub. Nəticədə zooparkdakı bir çox vəhşi heyvan qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR