Tovuzda avtomobil dirəyə çırpılıb, sürücü ölüb - VİDEO

Tovuzda avtomobil dirəyə çırpılıb, sürücü ölüb - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2014 12:39 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Elvin Şirinov idarə etdiyi “VAZ-21011” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarında olan dirəyə çırpıb. Qəza zamanı xəsarət alan E. Şirinov dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, E. Şirinov avtomobili ilə çörək almağa gedibmiş. Hadisəyə səbəb kimi maşının şininin anidən partlaması göstərilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR