Tovuzda baş verən ağır qəzada ölənlərin şəxsiyyətləri məlum olub - YENİLƏNİB - FOTOSESSİYA - APA TV

Tovuzda baş verən ağır qəzada ölənlərin şəxsiyyətləri məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">APA TV
# 28 iyun 2013 13:11 (UTC +04:00)

Tovuz rayon prokurorluğundan APA-nın Qərb bürosuna verilən məlumata görə, Qazax rayon sakini Rüfət Əfəndiyevin idarə etdiyi “VAZ-21154” markalı avtomobillə Tovuz rayon sakini, Qovlar qəsəbə polis bölməsinin əməkdaşı Anar Rəhimovun idarə etdiyi “Opel-Vectra” markalı avtomaşın toqquşub. Hadisə zamanı “VAZ-21154” də olan, sürücünü qardaşı, 30 yaşlı Rauf Əfəndiyev, atası, 59 yaşlı Zöhrab Əfəndiyev və Qazax rayon sakinləri, 1960-cı il təvəllüdlü Kişmilə Xasməmmədova və 1940-cı il təvəllüdlü Bayram Mərdanov hadisə yerindəcə dünyalarını dəyişiblər. Sürücülər isə ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

“VAZ-21154” markalı maşında sıxılmış vəziyyətdə qalmış sərnişin cəsədləri hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobildən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə göndərilib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

***

04,14

Bakı-APA. Bakı-Qazax yolunda baş vermiş ağır yol-qəza hadisəsi nəticəsində 4 nəfər ölüb, iki nəfər ağır yaralanıb.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Bakı-Qazax yolunda (rayon mərkəzindən 12 km aralı) sahibləri məlum olmayan "VAZ" markalı və "OPEL" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Qəza zamanı şəxsiyyəti məlum olmayan 3 nəfərin cəsədi və 2 nəfər müxtəlif bədən xəsarətləri ilə vətəndaşlar tərəfindən çıxarılaraq aparılıb. "OPEL" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 1 nəfər sərnişin cəsədi isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əməliyyat saat 01:30-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR