Tovuzda fərdi təsərrüfatdan iri buynuzlu heyvanlar oğurlanıb

Tovuzda fərdi təsərrüfatdan iri buynuzlu heyvanlar oğurlanıb
# 08 yanvar 2018 21:16 (UTC +04:00)

Tovuzda oğurluq olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıalı kəndində baş verib.

Gecə saatlarında kənd sakini Müşfiq Tağıyevin tövləsindən iki baş mal-qara yoxa çıxıb. Ev sahibinin dediyinə görə, axşam heyvanların hamısı yerində olub. Səhər saatlarında isə iki baş iribuynuzlu mal-qaranın oğurlandığını görüb. M. Tağıyev dərhal Tovuz rayon Polis şöbəsinə məlumat verib. Kənd sakinin sözlərinə görə, oğru ərazini yaxşı tanıyan olub. O, yalnız kökəltmək üçün bağlanılan heyvanları seçib aparıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR