Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
# 25 fevral 2018 20:46 (UTC +04:00)

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, Abulbəyli kənd sakini 1981-ci il təvəllüdlü Yusibov Cavanşir xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yarıdm göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR