Tovuzda piyada naməlum avtomobillə vurulub

Tovuzda piyada naməlum avtomobillə vurulub
# 10 may 2016 07:28 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda naməlum avtomobil piyadanı vuraraq, hadisə yerindən qaçıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz-Əlibəyli avtomobil yolunda Əlibəyli kənd sakini, 1959-cu il təvəllüdlü Zirəddin Abdiyev naməlum avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü avtomobili ilə ərazidən uzaqlaşıb. Xəsarət alan şəxs Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ağır kəllə-beyin travması və sol baldır sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR