Tovuzda qoyun oğrusu yaxalanıb

Tovuzda qoyun oğrusu yaxalanıb
# 16 iyul 2014 14:51 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuzda bir neçə evdən heyvan oğurlayan Gədəbəy rayon sakini saxlanılıb. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, iyulun 10-da rayon sakini İsa Rəhimov, iyulun 12-də isə sakinlər Tamara Kazımova və Əmirxan Məmmədov polis şöbəsinə müraciət edərək həyətlərindən qoyunların oğurlandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gədəbəy rayon sakini Firdovsi Hüseynov saxlanılıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR