Tovuzda yeznə-qayın bir-birini bıçaqlayıb

Tovuzda yeznə-qayın bir-birini bıçaqlayıb
# 05 avqust 2015 06:59 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuzda bıçaqlaşma olub.

APA-nın qərb bürosunun məlumata görə, Tovuz rayon Abulbəyli kənd sakini, 1954-cü il təvəllüdlü Elman Sadıqov qarının, rayonun “Semzavod” qəsəbə sakini, 1952-ci il təvəllüdlü Vahid Həsənov isə döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Tovuz rayon Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

E. Sadıqovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına göndərilib.

Məlumata görə, yeznə-qayın olan bu iki şəxs birgə yeyib-içdikdən sonra aralarında düşən mübahisə zamanı bir-birini bıçaqlayıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR