Türkiyədən Azərbaycana külli miqdarda saxta avro gətirməkdə təqsirləndirilən ana və qızının məhkəməsi başlayıb

Türkiyədən Azərbaycana külli miqdarda saxta avro gətirməkdə təqsirləndirilən ana və qızının məhkəməsi başlayıb
# 31 oktyabr 2017 09:28 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədən Azərbaycana külli miqdarda saxta avro gətirməkdə təqsirləndirilən Məhbubə Həsənova və qızı Sədaqət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 2-nə təyin edilib.

İttihama görə, onlar Türkiyədən Azərbaycana saxta avro keçirərək bir neçə nəfərə satıblar. Zərərçəkmişlərin şikayəti əsasında onlar saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR