Ucar-Zərdab yolundakı körpünün uçma təhlükəsi yaranıb

Ucar-Zərdab yolundakı körpünün uçma təhlükəsi yaranıb
# 02 iyun 2018 23:20 (UTC +04:00)

Güclü yağış nəticəsində yaranan sel suları səbəbindən Göyçay çayının Ucar rayonundan keçən hissəsində suyun səviyyəsi kəskin artıb. APA-nın yerli bürosunun xəbərə görə, Ucar -Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsindəki körpünün hər an uçma təhlükəsi yaranıb. Əraziyə xeyli sayda ağır texnikalar cəlb olunub.

Saat 16 radələrindən çayda suyun səviyyəsi hər saata təxminən 10 santimetr qalxır.

Göyçay çayından Ucar rayonunun Xalac kəndinə ayrılan qolda da suyun qarşısını kəsmək mümkün olmadığından qonşu rayonlardan əraziyə ağır texnikalar gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR