Ucarda 21 yaşlı oğlan intihar edib

Ucarda 21 yaşlı oğlan intihar edib
# 30 mart 2013 12:15 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucar rayonunda intihar hadisəsi baş verib. Ucar rayon Prokurorluğundan APA – nın yerli bürosuna verilən məlumata görə, 1992 – ci il təvəllüdlü Hüseynov Əfsun İlqar oğlunun asılmış meyiti yaşadığı evin həyətindəki istifadəsiz olan tikilidə aşkarlanıb. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Ucar rayon Şöbəsinin rəisi Rauf İsmayılov gecə saatlarında özünü asan

Ə. Hüseynovanın meyitinin bu gün səhər aşkarlandığını deyib. Ekspertizanın ilkin rəyinə görə meyitin üzərində heç bir zorakılıq əlaməti müşahidə olunmayıb. İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR