Ucarda iki avtomobil toqquşub, 57 yaşlı qadın ölüb, gəlini və iki yaşlı nəvəsi ağır xəsarət alıb

Ucarda iki avtomobil toqquşub, 57 yaşlı qadın ölüb, gəlini və iki yaşlı nəvəsi ağır xəsarət alıb
# 16 sentyabr 2013 11:28 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Bakı-Qazax yolunun 243-cü kilometrliyində qeydə alınıb. Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Ramil Qulu oğlu Quliyevin idarə etdiyi “SHACMAN” markalı yük avtomobili Ucar rayon sakini, 1981-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun idarə etdiyi “VAZ 21-099” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ 21-099”da olan sərnişin, sürücünün anası, 1956-cı il təvəllüdlü Alma Alxan qızı Salmanova hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, sürücünün həyat yoldaşı 1980-ci il təvəllüdlü Fitap Mahmud qızı Salmanova və oğlu 2011-ci il təvəllüdlü Salmanov Elxan Elnur oğlu ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR