Ucarda ölümlə nəticələnən yol qəzası baş verib

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib
# 08 avqust 2015 08:05 (UTC +04:00)

Ucar.Zahid Abışov - APA. Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Ucar-Zərdab yolunun 3-cü kilometrliyində, Ucar rayonunun Qarabörk kəndi ərazisində qeydə alınıb.

Ucar rayonu Qazyan kənd sakini, 1974-cü il təvəllüdlü Əhədov Səbuhi Əlisaab oğlunun idarə etdiyi BMW markalı avtomobil aşıb. Nəticədə S. Əhədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR