Ucarda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub, xəsarət alanlar var - VİDEO

Ucarda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 12 sentyabr 2013 12:19 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucar rayonunda 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 12:00 radələrində Bakı – Qazax yolunun 233-cü kilometrliyində, Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Nazim Cəfərovun idarə etdiyi 53 – BB - 082 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu ilə Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Azad Məmmədovun idarə etdiyi 90 – DU – 625 dövlət nömrə nişanlı “VAZ – 2107” markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü və onun həmyerlisi olan sərnişinləri – 1962-ci il təvəllüdlü Səlimova Aidə Bəhman qızı və 1958-ci il təvəllüdlü Səlimov Məhəmməd Hacıqulu oğlu ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan APA-ya bildirilib ki, hər iki sərnişinin vəziyyəti ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR