Ukraynada azərbaycanlı merin qətli ilə bağlı açılmış cinayət işi məhkəməyə göndərilib

Ukraynada azərbaycanlı merin qətli ilə bağlı açılmış cinayət işi məhkəməyə göndərilib
# 17 fevral 2015 14:12 (UTC +04:00)

APA-nın “rian.com.ua” saytına istinadən xəbərinə görə, Poltava vilayəti prokurorluğunun istintaq bölməsi Oleq Babayevin ölümü ilə bağlı məhkəmə öncəsi araşdırmanı yekunlaşdırıb. Prokurorluq 4 şəxsə qarşı ittiham aktını məhkəməyə göndərib.

Xatırladaq ki, Oleq Babayev ötən il iyulu 26-da sinəsindən aldığı güllə yarası ilə evinin qarşısında öldürülüb. Hadisə ilə bağlı 4 nəfər - sifarişçi, təşkilatçı və 2 icraçı həbs olunub. Onlar Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR