Vəkil: “Gülər Əhmədovanın psixoloji durumu yaxşı deyil, tez-tez qışqırır”

Vəkil: “Gülər Əhmədovanın psixoloji durumu yaxşı deyil, tez-tez qışqırır”
# 11 may 2013 13:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Ə. Talıbov APA-ya açıqlamasında müdafiə etdiyi şəxsin səhhətinin yaxşı olmadığını bildirib: “Gülər xanım son hadisələrə görə özünü çox pis hiss edir. Dünən axşam qıcolması olub. Tez-tez ürəyi, başı ağrıyır. Mən həkimlə də söhbət elədim. Həkim də bunları təsdiqlədi”.

Vəkil Ə. Talıbov G. Əhmədovanın psixoloji durumunun da pis olduğunu söyləyib: “Tez-tez əsəbiləşib qışqırır. Psixoloji durumu yaxşı deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR