Vəkil: ""Lotu Quli" dünən həbsdən azad olunaraq Gürcüstana gedib"

Vəkil: ""Lotu Quli" dünən həbsdən azad olunaraq Gürcüstana gedib"
# 25 oktyabr 2017 09:37 (UTC +04:00)

"Nadir Səlifov barəsində Qaradağ Rayon Məhkəməsində şərti cəza tətbiq ediməsinə qərar verilib. Oktyabrın 24-də keçirilən prosesdə onun ölkədən çıxmasına icazə verilməsi barədə məsələyə də baxılıb. Məhkəmə Nadir Səlifovun xəstəliyi ilə əlaqədar ölkədən çıxmasına icazə verilməsi barədə də qərar çıxarıb".

Bunu APA-ya dünən həbsdən azad edilmiş, "Lotu Quli" kimi tanınan Nadir Səlifovun vəkili Təranə Əliyeva deyib.

Vəkil N. Səlifovun dünən Azərbaycanı tərk edərək Gürcüstana getdiyini də bildirib.

O, bütün prosesin qanun çərçivəsində aparıldığını da deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR