Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb
# 30 oktyabr 2017 20:40 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən "Loyal Group" MMC-nin rəhbəri Elnur Usubovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Namiq Məmmədovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Usubov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsinə əsasən ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR