Voleybolçunun qətlində təqsirləndirilən şəxsin məhkəmə istintaqı tamamlanıb

Voleybolçunun qətlində təqsirləndirilən şəxsin məhkəmə istintaqı tamamlanıb
# 22 fevral 2018 11:34 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində voleybolçunu qətlə yetirməkdə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub. Hakim bildirib ki, iş üzrə şahid qismində tanınan şəxslər dindirilib. Çıxış etmək üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. İclas fevralın 27-də davam edəcək.

İttihama görə, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin mərhumun tanışı, 1985-ci il təvəllüdlü Namiq Vəkilov tərəfindən törədildiyi müəyyən olunub. O, hadisədən bir gün sonra Qazax rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.

Məlum olub ki, Namiq Vəkilov fevralın 24-də Anjelika Morozovanın yaşadığı Hövsan qəsəbəsindəki evinə gəlib. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Namiq Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.

Voleybolçu olan Anjelika Morozova tək yaşayırmış.


N. Vəkilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR