Vyanada BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Əmlakın Bərpası üzrə İşçi Qrupunun iclası keçirilib - FOTO

Vyanada BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Əmlakın Bərpası üzrə İşçi Qrupunun iclası keçirilib - <span style="color: red;">FOTO
# 16 sentyabr 2014 09:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. BMT-nin Vyana şəhərində yerləşən qərargahında İnterpol və Dünya Bankının birgə təşkilatçılığı ilə 5-ci İllik Konfrans və BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Əmlakın Bərpası üzrə İşçi Qrupunun iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 100-dən artıq dövlətin ekspertlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə prokuroru Sahib İsmayılov təmsil edib.

Tədbirlərdə müsadirə məqsədilə beynəlxalq əməkdaşlıq vasitəsilə əmlakın geri qaytarılması mexanizmləri, müsadirə edilmiş əmlakın dəyərinin qorunması və bu istiqamətdə istintaq sövdələşməsinin üstünlükləri, əmlakın bərpası üzrə əldə edilmiş nailiyyətlər, kibercinayətkarlığa qarşı mübarizə ilə əlaqədar məruzələr edilib, geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR