Xaçmazda 3 yanğın hadisəsi baş verib

Xaçmazda 3 yanğın hadisəsi baş verib
# 06 dekabr 2016 07:20 (UTC +04:00)

Ötən gecə Xaçmaz rayonunda 3 yanğın hadisəsi baş verib.

APA-nın şimal bürosunun xəbərinə görə, hadisələrdən biri rayonun Fərzəlioba kəndində qeydə alınıb. Kənd sakini Mehdiyev Heydər Bəylər oğluna məxsus, ümumi sahəsi 20 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılan 8 ton ot bağlamasının 3 tonu yanıb. Yanğının yayılmasının qarşısı alınıb.

Xaçmaz şəhər Bakı prospektində isə Bəxtiyar Alıxanova məxsus, ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin dam örtüyü və içərisində olan əşyalar tamamilə yanıb.

Digər hadisə isə rayonun İdrisoba kəndində qeydə alınıb. Kənd sakini Əliyar Çobanova məxsus ot tayası yanıb. Alovun söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Ümumilikdə 15 tonluq ot tayasının 6 tonu yanıb.

Hadisələr zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR