Xaçmazda bir gündə iki qəza olub, bir nəfər ölüb

Xaçmazda bir gündə iki qəza olub, bir nəfər ölüb
# 07 iyun 2013 22:46 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. İyunun 7-i axşam saatlarında Xaçmaz rayonunda iki yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 44-cü km-də baş verən qəzada bir nəfər dünyasını dəyişib. 32 yaşlı Xudat şəhər sakini Ramil Qurbanovun idarə etdiyi 90 CL 238 dövlət nömrə nişanlı “Volkswagen” markalı maşın Xudatdan Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı sürücü avtomaşında tək olub. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.

Gecə saatlarında digər yol nəqliyyat hadisəsi Gəndob-Yalama yolunun 26-cı km-də, Xaçmaz şəhəri ərazisində qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 25 yaşlı Xaçmaz rayonunun Müşkür kənd sakini Cəfər Tahirovun idarə etdiyi 10 RV 695 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan 90 RT 754 qeydiyyat nömrə nişanlı “Mersdes”lə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR