Xaçmazda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Xaçmazda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 20 iyun 2015 17:54 (UTC +04:00)

Bakı-APA. Iyunun 20-də Xaçmaz şəhəri, Seyidli kəndində dənizdə 1 nəfər rezin qayıqla üzərkən hava şəraitinin küləkli olması səbəbindən boğulmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

Vətəndaş xilas olunub və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:40-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR