Xaçmazda ev yanıb

Xaçmazda ev yanıb
# 13 avqust 2013 21:42 (UTC +04:00)

Bakı-APA. Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qobuqqıraq kəndində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 280 kv.m. (hər mərtəbəsi 140 kv.m.) olan ikimərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 kv.m. sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR