Xaçmazda mağazadan oğurluq edən şəxs saxlanılıb

Xaçmazda mağazadan oğurluq edən şəxs saxlanılıb
# 09 fevral 2015 13:49 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda oğurluq faktının üstü açılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhəri, Müqtədir qəsəbə sakini Tuygünxanım Mirzəbəyovaya məxsus mağazadan 2000 manat nəğd pul, 500 manat dəyərində danışıq kartı və 172 manatlıq ərzaq məhsullarını oğurlayan şəxs saxlanılıb.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Müqtədir qəsəbə sakini Ramiz Manafov istintaqa cəlb olunub.

Onun barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR