Xaçmazda yük maşını ağaca çırpılıb, sürücü xəsarət alıb - FOTO - VİDEO

Xaçmazda yük maşını ağaca çırpılıb, sürücü xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 fevral 2015 07:52 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Ötən gün axşam saatlarında Xaçmaz-Quba yolunun 15-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 39 yaşlı Köhnə Xaçmaz kənd sakini Laçın Abdulkərimovun idarə etdiyi 99 GK 388 dövlət nömrə nişanlı, “Ford” markalı yük avtomobili idarəetməni itirərək yolun sol tərəfindəki ağaca çırpılıb.

Hadisədən dərhal sonra xəsarət alan sürücü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona sağ baldır sümüklərinin sınığı, sağ topuq oynağı nahiyəsinin və alnın sol tərəfinin cırılmış-əzilmiş yarası diaqnozu qoyulub.

İlkin ehtimala görə, qəzaya sürücünün içkili olması səbəb olub.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR