Xətaidə yaşayış binasında baş verən yanğına görə təqsirləndirilən şirkət rəhbəri apellyasiya şikayəti verib

Xətaidə yaşayış binasında baş verən yanğına görə təqsirləndirilən şirkət rəhbəri apellyasiya şikayəti verib
# 18 yanvar 2018 09:54 (UTC +04:00)

Yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatına verilib. Şikayətə yaxın günlərdə baxılacaq. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonunda "TNH" şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquz mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Bununla bağlı “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov tutulublar.

Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndiriliblər.

N. Muxtarov saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Şirkətin rəhbərlərindən biri olan M. Vəliyev həmin vaxt ölkədə olmadığından sonradan həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Sadıqov və Z.Əşrəfov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib, onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

N. Muxtarovun cinayət işinə isə xitam verilməsi barədə hökm çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR