Xırdalanda 92 yaşlı qadın intihar edib

Xırdalanda 92 yaşlı qadın intihar edib
# 16 iyun 2016 10:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini, 1924-cü il təvəllüdlü Əminə Mahmud qızı Kərimova özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb. Xəstəxanaya çatdırılan Ə. Kərimova orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR