Xızı rayonunda bir neçə ev qəzalı vəziyyətə düşüb - FOTO - VİDEO

Xızı rayonunda bir neçə ev qəzalı vəziyyətə düşüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2014 09:34 (UTC +04:00)

Xızı. Vəli Turan – APA. Xızı rayonunda bəzi yaşayış evlərində çatlar əmələ gəlib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yaşayış evləri Xızı şəhəri, Bəşir Səfəroğlu, Vüsaqi, Mikayıl Müşfiq, Zəngəzur küçələrində, rayonun Tıxlı və Baxışlı kəndlərində yerləşən evlərdir.

Sakinlərin bildirdiyinə görə, son bir ildə bu küçələrdəki fərdi yaşayış evlərində çatlar yaranmağa və dərinləşməyə, evlərdən bəzilərinin dam örtüyü çökməyə başlayıb.

Xızı şəhər bələdiyyəsinin sədri Mövsüm Bağırov evlərdə əmələ gələn çatların təbii ekzogen proseslərlə əlaqəli olduğunu bildirib.

Xızı rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iyul ayında ərazidə 25 fərdi yaşayış evinə baxış keçiriblər. Mənzillərdən 21-nin qəzalı vəziyyətdə olduğu müəyyənləşib və bununla bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb.

İcra Hakimiyyətindən bildirilib ki, sentyabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da Xızı şəhəri, Tıxlı və Baxışlı kəndlərində yerləşən daha 14 evə baxış keçiriblər: "Evlərə baxış bitəndən və mütəxəssislər rəy verəndən sonra yaşayış evləri ilə bağlı müvafiq qərar veriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR