Xızıda 102 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 102 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 08 yanvar 2018 22:04 (UTC +04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, yanvarın 8-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 102 ədəd partlamamış hərbi sursat (PHS), 338 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 244 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 260 400 kv.m (26.04 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 109 gün ərzində 24 443 ədəd partlamamış hərbi sursat (PHS), 16 399 ədəd partlamış-yanmış sursat qalıqları və 93 027 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 77 780 069 kv.m (7 778 ha) ərazi yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR