Xızıda anbar və 4 avtomobil yanıb

Xızıda anbar və 4 avtomobil yanıb
# 06 fevral 2018 15:19 (UTC +04:00)

Xızı rayonunun Giləzi qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 m2 olan anbarın içərisində 5 ton ot bağlamasının 600 kq və anbara bitişik talvarın altında olan 3 ədəd minik və 1 ədəd yük avtomobili qismən yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, anbar və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR