Xocəsən gölündə batan 3 uşağın şəxsiyyəti müəyyənləşib - APA TV

Xocəsən gölündə batan 3 uşağın şəxsiyyəti müəyyənləşib - <span style="color: red;">APA TV
# 24 iyun 2013 17:54 (UTC +04:00)

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə Xocasən gölündə batanlar Yasamal rayon sakinləri, 2001-ci il təvəllüdlü Baloğlan İbrahim oğlu Sadıqov, 2002-ci il təvəllüdlü Rauf Vüqar oğlu Əbilov və 2001-ci il təvəllüdlü Həsən Mütəllim oğlu Bədəlovdur. Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına əsasən, hər 3 uşağın meyiti FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq ailələrinə təhvil verilib. Əməliyyat saat 20:08-də başa çatıb.

***

18.49

Bakı. Hafiz Heydərov - APA. Bakıda 3 uşaq göldə boğulub.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə bu gün Xocasən gölündə baş verib. 10-12 yaşında üç uşaq göldə çimərkən batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Hazırda onların tapılması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR