Xocavənd Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub

Xocavənd Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub
# 07 may 2013 14:10 (UTC +04:00)

Bakı-APA. Bu gün Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Xocavənd Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tikintisinə ötən ilin martında başlanmış 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 1003 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib.

Mərasim iştirakçıları Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş, virtual dərs keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Yerinə baxıb.


Mərasimdə çıxış edənlər görülən işləri yüksək qiymətləndirib, Xocavənd RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluqlarını ifadə ediblər.

Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR