Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib
# 11 sentyabr 2014 15:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Yevlax rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə,  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunun Hürüuşağı kəndində VAZ minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub.

 

FHN-in  müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı minik avtomobilinin sahibi  avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil verib. “VAZ” markalı minik avtomobilinin sahibi, 1968-ci il təvəllüdlü Mamedov Aslan Məmmədəli oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib. Avtomobildə olan 1 sərnişin isə vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR