Zaqatalada "bomj"dan xeyli miqdarda narkotik götürülüb

Zaqatalada "bomj"dan xeyli miqdarda narkotik götürülüb
# 29 iyun 2018 07:49 (UTC +04:00)

Zaqatala sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir zamanı rayonun Mosul kəndində qeydiyyatda olan, hazırda Zaqatala şəhəri ərazisində istifadə edilməyən hamamın inzibati binasından sığınacaq kimi istifadə edən 1965-ci il təvəllüdlü Kamil İmamşəfi oğlu Durmuşov şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərində 14,14 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyatın davamı olaraq Kamil Durmuşovun sığınacaq kimi istifadə etdiyi hamam binasında aparılan əməliyyat zamanı onun yatdığı çarpayının altından isə 480 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Zaqatala rayon PŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR