Zaqatalada ailəsi tərəfindən gizlin dəfn olunan şəxsin meyiti ekskumasiya olunacaq

Zaqatalada ailəsi tərəfindən gizlin dəfn olunan şəxsin meyiti ekskumasiya olunacaq
# 17 avqust 2013 09:46 (UTC +04:00)

Zaqatala Rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə iyulun 16-da Əliabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Əliyev Alxas Abid oğlu bir ay əvvəl yaşadığı evdə özünü asıb. Mərhumun ailəsi hadisə barədə hüquq-mühafizə orqanlarına heç bir məlumat vermədən onu dəfn ediblər.

Hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında mərhumun yaxınları dindirilib və A. Əliyevin intihar etdiyi təsdiqlənib.

İstintaq A. Əliyevin meyitinin ekskumasiyasına qərar verib və yaxın günlərdə mərhumun qəbri açılacaq.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR