Zaqatalada baş verən ana və uşaq ölümü ilə bağlı aparılan araşdırmanın ilkin nəticələri açıqlanıb

Zaqatalada baş verən ana və uşaq ölümü ilə bağlı aparılan araşdırmanın ilkin nəticələri açıqlanıb
# 12 mart 2013 13:38 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, xəstə Rəşidə Sadıyeva martın 5-də Zaqatala Mərkəzi Rayon Xəstəxanasının qadın məsləhətxanasında öz həkiminə ağrı və hərarətlə əlaqədar müraciət edib: “Martın 10-da onun hərarəti qalxıb və vəziyyəti daha da pisləşib. Rayonun baş ginekoloqu, baş pediatrı, baş reanimatoloqu, baş ftiziatr və baş infeksionisti tərəfindən konsilium keçirilib. Belə qənaətə gəlinib ki, xəstənin vəziyyəti müalicəyə tabe olunmur və qərara alınıb ki, o, ixtisaslaşmış klinikaya nəql edilsin. Xəstəyə həkimlər tərəfindən bronxo pnevmaniya diaqnozu qoyulub. Saat 14:00-da R. Sadıyeva ixtisaslaşdırılmış tibbi yardım almaq üçün mama-ginekoloqun nəzarəti altında Respublika Klinik Xəstəxanasına təxliyyə edilib. Lakin Qobustan rayonu ərazisində xəstənin vaxtından tez dölyani mayesi açılıb və qəfləti ölüm baş verib”.

Hazırda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala və Balakən rayon şöbələri tərəfindən təşrih və araşdırma aparılır. Araşdırmanın nəticəsi Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR