Zaqatalada narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb

Zaqatalada narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb
# 12 sentyabr 2014 08:25 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Narkotik tərkibli bitkiləri qanunsuz əkib-becərən Zaqatala şəhər sakini saxlanılıb.

Zaqatala rayon Polis Şöbəsindən APA - nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçiriblər.

Tədbir nəticəsində rayonun Axaxdərə kəndi yaxınlığında yüksək dağlıq ərazidə, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 4 saylı meşə dolayında hündürlüyü 70 sm-dən 1 m-ə qədər olan 30 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib.

Keçirilmiş əməliyyat zamanı Zaqatala şəhəri, Təbriz küçəsi, ev 11-də yaşayan 1962-ci il təvəllüdlü Hafiz Həbubulla oğlu Məhərrəmli narkotik tərkibli bitkilərə qulluq göstərən zaman elə iş başında saxlanılıb. Aşkar edilmiş narkotik tərkibli bitki maddi sübut kimi götürülüb.

Məlumatda bildirilir ki, H. Məhərrəmli əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR