Zərdabın Alıcanlı kəndi canavarların hücumuna məruz qalıb

Zərdabın Alıcanlı kəndi canavarların hücumuna məruz qalıb
# 15 mart 2016 22:58 (UTC +04:00)

Zərdab. Zahid Abışov-APA. Zərdabda vəhşi heyvalar kəndə hücum edib. APA-nın yerli bürosunun sakinlərə istinadən verdiyi xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Alıcanlı kəndində baş verib. Kənd sakini Murtuzəli Qasımovun fərdi təsərrüfatındakı mal-qaraya hücum edən canavarlar 1 baş buzovu parçalayaraq tələf ediblər. Sakinlərin sözlərinə görə, son zamanlar analoji hadisələr tez-tez baş verir. Buna səbəb isə Alıcanlı kəndinin meşəliklə əhatə olunmasıdır. Zərərçəkənlər bu cür halların qarşısını almaqda aciz olduqlarını deyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR