Xırdalanda ətraf mühiti çirkləndirən şəxs barəsində protokol tərtib olunub

Xırdalanda ətraf mühiti çirkləndirən şəxs barəsində protokol tərtib olunub
# 26 dekabr 2023 20:55 (UTC +04:00)

Abşeron rayonu Xırdalan şəhərində ətraf mühitin məişət tullantıları ilə çirkləndirilməsi faktı aşkar edilib.

DİN-dən APA-ya bildirilib ki, Abşeron Rayon Polis İdarəsi və ETSN-in 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı şəhər ərazisini təmir işləri görən zaman yaranan məişət tullantıları ilə çirkləndirən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR