Yevlaxda narkotik dövriyyəsi və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Yevlaxda narkotik dövriyyəsi və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
# 17 avqust 2023 10:18 (UTC +04:00)

Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata gõrə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Elçin Qasımov, Zaur Əhmədov və Rəşxan Cəfərov saxlanılıblar. Onlardan ümumilikdə, 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana və heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyatla oğurluq etməkdə şübhəli bilinən rayon sakini Murad Səmədov saxlanılıb. Onun rayonun Əkşəm kəndində yerləşən fərdi yaşayıṣ evindən nəğd pul və qızıl-zinət əşyaları oğurlamaqla 20.500 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Vətəndaşa dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdiriir.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR