Zaqatalada 53 yaşlı kişi Katex çayında boğulub

Zaqatalada 53 yaşlı kişi Katex çayında boğulub
# 23 sentyabr 2021 10:37 (UTC +04:00)

Zaqatala sakini Katex çayında boğulub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Mazıx kənd inzibati ərazisində baş verib. 1968-ci il təvəllüdlü Zaqatala rayonu Qəbizdərə kənd sakini Abdulbari Müslüm oğlu Abdulxalıqov ərazidən axan Katex çayını keçməklə Balakən rayonunun Katex kəndi ərazisinə getmək istəyib. Bu zaman Abdulbari Abdulxalıqov suda boğularaq ölüb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 22-si axşam saatlarından bölgədə qeyri-sabit hava şəraiti hökm sürüb, Balakən və Zaqatala rayonlarına leysan yağıb. Katex çayında suyun səviyyəsi çoxalıb, çayda gecə saatlarında qısamüddətli sel keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR