Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb
# 20 yanvar 2022 18:09 (UTC +04:00)

Zaqatalada minik avtomobilinin vurduğu piyada hadisə yerində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Zaqatala-Qax magistral yolunun Muxax kənd inzibati ərazisində baş verib. Rayonun Yeni Suvagil kənd sakini Ömərov Elvin “62 BO 064” nömrə nişanlı “Opel Vecrta” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 41 yaşlı Muxax kənd sakini İsayev Nizami Şuay oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR